Sosial
Din xadimləri əmək haqqı alacaqlar - Gələn ildən
Azərbaycanda gələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsi ilə məscidlərdə çalışan din xadimləri rəsmən əmək haqqı alacaqlar.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
O qeyd edib ki, hazırda bu əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: “Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var, bu, lazımdır”.
Komitə sədri bildirib ki, bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, himayəçilər şurası və eyni zamanda heyəti açıqlanacaq: “Yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq. Hesab edirəm ki, ən geci din xadimlərinə fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər”. (apa)
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO