• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

Bakıya gətirilən 1 ton xəstə at əti aşkarlandı

  • Sosial
  • 24 Yanvar 2018 12:45
  • 667 Baxış
Bakıya gətirilən 1 ton xəstə at əti aşkarlandı

1 tona taxın xəstə və yaşlı at ətini mal əti adı altında satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində rayon sakinləri Rudik Haqverdiyev və Mehdi Mehdiyev 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.

Aşkar edilən ətdən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə və yaşlı at cəmdəklərinə məxsusdur. Həmçinin isitifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Qusar, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyiblər.

Saxlanılan şəxslərin yaşadıqları evlərin həyətyanı sahələrinə keçirilən baxış zamanı oradan atların kəsilmiş və iz itirmək məqsədi ilə torpağa basdırılmış hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar da aşkar olunub. Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR