DGK rəsmisi Azərbaycan-Gürcüstan sərhədində yubanmanın ƏSAS SƏBƏBİNİ açıqladı
Bizi izləyin

Sosial

DGK rəsmisi Azərbaycan-Gürcüstan sərhədində yubanmanın ƏSAS SƏBƏBİNİ açıqladı

"Dövlət Gömrük Komitəsi qeydiyyat jurnalında hansısa qeyd ləğv etmək üçün 4 nazirlikdən icazə alır. Bu da 3-4 ay çəkir".

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general- mayoru İqbal Babayev "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirədə deyib.

"Biz bir gecədə 27 jurnal, 18 sənəd ləğv etmişik. Əgər əvvəl sərhəd keçid məntəqəsində 283 min maşın keçirdisə, bu gün bu rəqəm 1 milyon 350 minə qalxıb. Əgər avtomobil 60 dəqiqədən çox sərhəd keçid məntəqəsində qalırsa, avtomatik olaraq buna reaksiya verilir".

İdarə rəisi bildirib ki, Gürcüstan və Azərbaycanda gömrük orqanlarının işinə yanaşma fərqlidir. Belə ki, Gürcüstanda gömrük orqanları fiskal fəaliyyətlə məşğul olur: "Azərbaycanda isə gömrük orqanları böyük mənada ölkənin təhlükəsizliyini təmin edirlər. Buna görə də Azərbaycan tərəfdə yoxlamalara çox vaxt gedir".

İqbal Babayev qeyd edib ki, fiskal siyasət nəticəsində Gürcüstan gömrüyü dövlət büdcəsinin 60-70 faiz, təhlükəsizlik siyasətinə görə isə Azərbaycan Gömrüyü büdcənin 13 faizini təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm