"Quş qrip"i qonşumuzda - Azərbaycan məhdudiyyət QOYDU
Bizi izləyin

Sosial

"Quş qrip"i qonşumuzda - Azərbaycan məhdudiyyət QOYDU

Rusiyanın Penza vilayətində quşçuluq fermalarında "quş qripi" virusu aşkarlanıb. Virusun həm bəzi quşçuluq müəssisələrində, həm də fərdi həyətlərdə aşkar edildiyi bildirilir. Artıq ərazidə karantin elan edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin Publika.az-a verdiyi məlumata görə, bu barədə Beynəlxalq Epizodik Bürodan rəsmi məlumat daxil olmasa da, vilayətdəki "quş qripi" virusundan xəbərdardırlar:

“Bu barədə mətbuatda verilən məlumatları izləyirik. İyul ayının birinədək həmin vilayətdən ölkəmizə iri quş və quş əti idxalına Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən məhdudiyyət qoyulacaq. İyulun birindən isə bu işə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Yəqin ki, onlar da müvafiq tədbirlər görəcəklər”.

Y.Xanvəli onu da vurğulayıb ki, əvvəl də Moskva və ərtaf vilayətlər, eləcə də Oenzada quş qripi təhlükəsi olduğundan həmin bölgələrdən quş və quş əti idxal edilmirdi:

“Ölkəmizdə "quş qripi" və digər viruslarla bağlı vəziyyət stabildir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm