Gömrükdən yalnız bu qədər qızıl və pul keçirmək olar
Bizi izləyin

Sosial

Gömrükdən yalnız bu qədər qızıl və pul keçirmək olar

Fiziki şəxslər bəzən xaricdən gətirdikləri qızıl-zinət əşyalarını boyunlarına-qollarına taxaraq, öz əşyası kimi gömrükdən keçirməyə çalışırlar.

Publika.az xəbər verir ki, bu sözləri DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov deyib.

O, ölkəyə qızıl gətirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı olduğunu bildirib: "Hər bir vətəndaş hər təqvim ayı ərzində 1 dəfə 20 qram qızıl, 0.5 karat almazı güzəştli qaydada gömrük sərhədindən keçirə bilər. Bu miqdara qədər vətəndaş rüsumlardan azaddır. Bundan artıq miqdardakı zinət əşyalarına görə müvafiq rüsum ödənilməlidir". R. Namazov həmçinin onu da qeyd edib ki, Mərkəzi Bankın qərarına əsasən, bir şəxs üzərində 10 min dollar ekvivalentinə qədər nəğd pulu gömrük sərhədindən çıxara bilər: "Bu normanı aşan vətəndaşlar qanunvericiliyin tələblərinə uyğun olaraq, artıq məbləği ya geri qaytarmalı, ya da bank vasitəsilə köçürməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm