Sosial
Çempion Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin mayoru, Azərbaycan bayrağını dəfələrlə dünyanın yüksək idman tribunalarından dalğalandıran 9 qat dünya çempionu, beynəlxalq və əməkdar idman ustası, Mau-Tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə maraqlı aksiya təşkil edib.
Publika.az Azxəbər.com-a istinadən xəbər verir ki, Araz Musayev Türk liderlərinin şərəfinə 100 qurban kəsərək, ehtiyacı olan ailələrə paylayıb. O bildirib ki, bu onun çoxdankı arzusu imiş:
"Şəhərin 15 yerində qurban kəsərək, ehtiyacı olan insanlara payladıq. Ardınca "Təzəpir” məscidində hər iki türk liderinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şərəfinə dualar oxuduq. Onların birliyi bizim qarantımızdır.
A.Musayev qeyd edib ki, bu addımı atmaq dövlətini, millətini, vətənini sevən hər kəsin borcudur:
"Biz hər iki türk lideri ilə fəxr edirik. Bir halda ki, onlar bizim rifahımız, millətimizin dünyada layiqli təmsilçiləridir, biz də onlara bacardığımız qədər xidmət etməliyik”.
Qeyd edək ki, dünən "Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ