Sosial
Təhlükəli hava ilə bağlı "Azəriqaz"dan AÇIQLAMA - Təxirə salındı...
![](https://publika.az/storage/2019/01/16/qaz.jpg?v1735264576)
“Azəriqaz” İstehsalat Birliyi yaxın iki gün ərzində respublika ərazisində müşahidə ediləcək ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı tədbirlər planı hazırlayıb.
Bu barədə Publika.az-a “Azəriqaz”İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev məlumat verib.
Onun sözlərinə görə, “104” və “185” Çağrı Mərkəzlərinin iş fəaliyyəti gücləndirilib:
“Qaz təchizatının təmin edilməsi ilə bağlı planlı işlər yaxın iki gün üçün təxirə salınıb.Yalnız qəza hadisələri baş verdiyi halda təmir işləri aparıla bilər. Bunun üçün də texniki təchizat yüksək səviyyədədir. Qəza ilə bağlı məlumat daxil olan kimi dərhal problem aradan qaldırılacaq”.
İ.Kəlbalıyev onu da vurğulayıb ki, əhalinin təbii qazla təchizatı da artırılacaq:
“Hazırda respublika ərazisində təmin qaza təlabat 32 milyon kub/metrdir. Son iki gündə bu təchizat 628 min kub/metr artırılıb. Hava şəraiti yaxın günlərdə daha da soyuq olarsa, təbii qaz təchizatı artırılacaq. Bununla yanaşı əhaliyə soyuq hava şəraitində texniki təhlükəsizlik qaydalarına riayət edilsin”.
Gülxar
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO