Sosial
Sabah mənzillərin istiliklə təchizatı necə olacaq?
“Azəristiliktəchizat" ASC payız-qış mövsümünə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlərdə ən sərt qış rejimində də qazanxanalarımızın hazırlığı nəzərdə tutulub. Bununla yanaşı rəhbərliyin əmrinə əsasən, yaxın günlərdə müşahidə olunacaq hava şəraiti ilə əlaqədar tədbirlər gücləndirilib.
Bu barədə Publika.az-a “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
R.Əliyev bildirib ki, istilik sisteminin tam təchiz edilməsi üçün mərkəzi dispetçer xidməti, qəza xidməti və digər sahələr gücləndirilmiş iş rejimində çalışacaq. Şöbələrin rəhbərləri növbəlilik əsasında fəaliyyət göstərəcək.Mərkəzi dispetçer xidməti “956” 24 saat ərzində fəaliyyət göstərəcək”.
R.Əliyev bildirib ki, qazanxanaların normal fəaliyyəti həm də digər xidmətlərlə bağlıdır:
“Hazırda heç bir qazanxananın fəaliyyətində problem yoxdur. Lakin bununla yanaşı qazanxanaların normal işləməsi üçün onların işıq, su və təbii qazla təminatının olması mütləqdir. Qeyd etdiyim xidmətlərdə problem olmazsa, əhalinin istilik təchizatı yüksək səviyyədə təmin ediləcək”.
-
Magazin119:55
Pərvizlə Baləli Xəyyamın dəfninə niyə gəlməyib?
-
Hadisə19:40
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? - YENİLƏNDİ
-
Magazin219:25
Berk Oktay 20 kiloqram kökəlib bu hala düşdü - Fotolar
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi