Sosial
Zakir Qaralovdan jurnalistin hədələnməsi ilə bağlı MÜRACİƏT
Azərbaycan Baş prokurorluğu “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun 19-29 noyabr 2018-ci il tarixlərində Kiyev şəhərində naməlum şəxslər tərəfindən üzləşdiyi təqib və hədələr ilə bağlı Ukrayna Baş prokurorluğuna rəsmi müraciət edib.
Azərbaycan Mətbuat Şurasından “Report”a verilən məlumata görə,
Baş prokuroluqdan bununla bağlı bildiriş daxil olub.
Azərbaycan Baş prokurluğunun Ukrayna tərəfinə müraciətində
jurnalist M.Aslanovun Kiyev şəhərində təqib və ölümlə hədələnməsi
faktına görə şəhərin Peçerskiy rayon polisində istintaqı aparılan
cinayət işinin ölkənin Baş prokuroru tərəfindən nəzarətə
götürülməsi, təqsirkarların müəyyən edilərək məsuliyyətə cəlb
olunması və jurnalistin gələcəkdə bu ölkədə təhlükəsizliyinin təmin
edilməsi istiqamətində bütün zəruri addımların atılması
istənilir.
Qeyd edək ki, ötən ilin 19-29 noyabr tarixlərində “Report” İnformasiya Agentliyinin redaktoru Mübariz Aslanov Kiyev şəhərinə xidməti ezamiyyət zamanı mütəmadi olaraq naməlum şəxslərin olduğu AA-6164-BI dövlət nömrə nişanlı "Şkoda" markalı avtomobil tərəfindən təqib olunaraq fotoları çəkilib, eyni zamanda küçədə qarşısı kəsilərək silahla hədələnib. Azərbaycan Mətbuat Şurası bununla bağlı Ukraynanın Bakıda səfirliyinə müraciət də ünvanlayıb.
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?