Sosial
Bu il "Azercell" daha 25 tələbəni sevindirdi
Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC tələbələrin fəaliyyətinin dəstəklənməsi üçün hər il keçirilən Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə qaliblərini elan edib. Mərhələli seçim nəticəsində bu il 25 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Tələbələri təbrik etmək üçün şirkət tərəfindən yanvar ayının 21-i təşkil edilən görüşdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və Təhsil Nazirliyi SABAH qruplarının tədris işləri üzrə rəhbəri Eldar Qocayev iştirak edib. Vahid Mürsəliyev çıxışı zamanı şirkətin korporativ sosial məsuliyyət siyasətinin daim öz ardıcıllığı, dayanıqlılığı və şəffaflığı ilə seçildiyini bildirib. Həmçinin, şirkət tərəfindən həyata keçirilən İllik Tələbə Təqaüd və Təcrübə proqramlarının ölkə gənclərinin inkişafına yatırılan investisiyalar olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, Azercell tərəfindən keçirilən Tələbə Təqaüd Proqramında iştirak etmək üçün 1398 tələbə müraciət edib və seçimlər 3 mərhələdən ibarət olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci mərhələdə 759 tələbə məntiq və ingilis dilindən ibarət xüsusi hazırlanmış test tapşırıqlarında biliklərini sınayıb. Tapşırıqları uğurla yerinə yetirən 66 tələbə üz-üzə müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanını əldə edəcəklər. Qeyd edək ki, təqaüdçilərin 9-u Bakı, 7-si bölgə təhsil müəssisələrinin tələbələridir. Digər 9 tələbə isə 2017-ci il Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH tələbələri sırasından seçilib.
Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Qeyd edək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 180-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı