Sosial
"Qanunvericilikdə bəzi dəyişikliklərə ehtiyac var"
"Əlilliyi olan şəxslərə övladlığa verilmə ilə bağlı
mövcud qanunvericilikdə bəzi dəyişikliklərə ehtiyac
var".
Publika.az xəbər verir ki, bu sözləri Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi
siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində
idarəetmənin təkmilləşdirilməsi” mövzusunda mətbuat konfransında
çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT-nin bu istiqamətdə mövcud konvensiyası
ilə bağlı əlilliyi olan şəxslərin hüquqları üzrə komitəsinin artıq
Azərbaycan hökumətinə sualları daxil olub.
“Həmin suallar içərisində bir sual Nazirlər Kabiteninin 172 saylı
qərarında olan övladlığa uşaq götürmək istəyən şəxslərin
xəstəliklərə dair tələbidir. Mövcud qanunvericiliyə görə müəyyən
əlilliyi olan şəxslər uşaq götürə bilməzlər. Xüsusən də, əsas
məsələ birinci, ikinci qrup əlilliyi olan şəxslərə bu məhdudiyyətin
qoyulmasıdır. Bu, təbii ki, həmin şəxslərə ayrı-seçkilikdir. Belə
bir yanaşma da var ki, uşağın valideynlərindən biri vəfat edirsə və
digər valideyni birinci və ya ikinci qrup əlilliyi olan şəxsdirsə,
uşaq valideyn himayəsindən məhrum edilmiş hesab olunur. Biz həmin
bəndin o şəxslərə qarşı diskriminasiya olduğunu hesab edirik və bu
bəndlər sistemdən çıxarılacaq.Yeni sistemdə yanaşma dəyişəcək.
Beynəlxalq təcrübəyə əsaslanaraq xəstəliyin şəxsin həyatını nə
dərəcədə məhdudlaşdırdığı əsas götürüləcək”.
Gülxar
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı