Sosial
Nazir: Bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik
Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.
Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayev bildirib ki, mədəniyyət sahəsində müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir: “Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir".
Nazir bunu da qeyd edib ki, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün yeni təkliflər hazırlanacaq:
"Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq". (trend)
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO