Sosial
Mədəniyyət sahəsində müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir - Nazir
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də Xızı rayonunda vətəndaşları qəbul edib. Qəbuldan sonra mətbuata açıqlama verən Əbülfəs Qarayev Prezident İlham Əliyevin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən maraqlı təkliflərin, müraciətlərin səsləndirildiyini vurğuladı.
Qeyd edildi ki, belə görüşlər yerlərdə mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsinə təkan verir: “Bugünkü qəbulda da mədəniyyət sahəsində çalışan vətəndaşların müraciətlərinə baxıldı. Bir sıra təkliflər, müraciətlər oldu. Sözsüz ki, bölgələrdə keçirilən hər bir qəbul müəyyən məsələlərin həllinə kömək edir. Xızı rayonunda keçirilən qəbul da göstərdi ki, yerlərdə müasir tələblərə cavab verən mədəni xidmətlərin təşkil olunması, müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun qurulması kimi məsələlər daha çox qaldırılır”.
Əbülfəs Qarayev bu xüsusda Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın əhəmiyyətini qeyd etdi. Bildirdi ki, fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur: “Sözsüz ki, bu sahədə çalışan insanların işsiz qalmamasını da təmin etməliyik. Bizim üçün insan faktoru əsas olaraq qalır. Eyni zamanda müasirləşmə getməli, sistem təkmilləşdirilməlidir.
Nazir görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamına da diqqət çəkərək qeyd etdi ki, yubiley çərçivəsində silsilə tədbirlər keçiriləcək. Bildirdi ki, bununla bağlı məsələlər qəbul zamanı rayon ziyalıları ilə də müzakirə edilib: “Cəfər Cabbarlının 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımlar atılır. İl ərzində ölkəmizin mədəniyyət müəssisələrində çoxsaylı tədbirlər keçiriləcək, teatrlarımızda görkəmli dramaturqun əsərləri tamaşaya qoyulacaq. Qəbul zamanı ədibin Xızıda yerləşən ev-muzeyinin fəaliyyətinin təkmilləşdirilməsi, yenilənməsi ilə bağlı təkliflər səsləndirildi”.
Nazir vurğuladı ki, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin fəaliyyəti üçün də yeni təkliflər hazırlanacaq. Orada bəzi hüquqi məsələlər mövcuddur. Bu məsələlər öz həllini tapdıqdan sonra muzeyin fəaliyyəti təmin olunacaq.
Əbülfəs Qarayev daha sonra Cəfər Cabbarlının Xızıda yerləşən ev-muzeyinin fəaliyyəti ilə tanış oldu.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO