Pensiyaçılara ŞAD XƏBƏR: Ödənişlər başa çatdı
Bizi izləyin

Sosial

Pensiyaçılara ŞAD XƏBƏR: Ödənişlər başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayının pensiyaları ödənilib.

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını qəbul edə bilər, bu zaman hər hansı faiz tutulmur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm