Nazirlik işçiləri ağır durumda olan ailə ilə görüşdü - MƏSƏLƏ HƏLL EDİLDİ - FOTO
Bizi izləyin

Sosial

Nazirlik işçiləri ağır durumda olan ailə ilə görüşdü - MƏSƏLƏ HƏLL EDİLDİ - FOTO

Sabunçu rayonu ərazisində Nəcəfova Pərvanə Əziz qızının övladları ilə birlikdə çətin vəziyyətdə yaşadığı barədə sosial şəbəkə səhifələrindən birində yayımlanan videosujetlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ailə ilə əlaqə saxlayıb. Ailənin sosial dəstək tədbirlərinə cəlb olunması üçün uşaqlarının şəxsiyyətini təsdiq edən sənədlərinin olmadığı müəyyən olunub.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib.

O bildirib ki, nazirlik tərəfindən ASAN Xidmətə müraciət edilərək onların səyyar xidmətlərindən istifadə olunub. İlkin olaraq ailənin 14 yaşına çatmayan iki övladının şəxsiyyət vəsiqələri ilə bağlı məsələ həllini tapıb. Sənədləşmə işləri aparılıb. Yaxın günlərdə şəxsiyyət vəsiqələri ailə üzvlərinə çatdırılacaq.

Bundan sonra Nazirlik tərəfindən ailəyə ailə başçısını itirməyə görə müavinət təyin ediləcək. Həmçinin P.Nəcəfova istəyi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Yaxın günlərdə əmək müqaviləsi bağlanacaq və işə başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm