91 nəfər dövlət qurumlarında işə qəbul edildi
Bizi izləyin

Sosial

91 nəfər dövlət qurumlarında işə qəbul edildi

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

Publika.az xəbər verir ki, müsahibədə indiyədək 91 nəfər uğur qazanıb. Onlardan 22-si Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 20-si Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm