Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir
Bizi izləyin

Sosial

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir

Paytaxtın Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb.

Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm