"Əks-səda" Qazaxda 80 ailəyə yardım göstərdi
Bizi izləyin

Sosial

"Əks-səda" Qazaxda 80 ailəyə yardım göstərdi

Iyul ayından etibarən "Əks-səda" Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimainin Birliyi iyul ayından başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə bir dəfəlik sosial yardımın göstərilməsi” layihəsinı həyata keçirir.

Layihənin rəhbəri, jurnalist Sevinc Kərimova Publika.az-a bildirib ki, layihə çərçivəsində Qazax rayonundan olan maddi vəziyyəti aşagı olan 80 ailəyə birdəfəlik sosial yardım göstərilib.

S. Kərimova qeyd edib ki, Birlik həyata keçirdikləri layihələrdə həmişə aktuallığı və hökumətimizin proritetlərini önə çəkərək ictimai birlik olaraq öz tövhəmizi verməyə çalışıb: "Bu layihəmizlə də çalışdıq ki, cəbhə bölgəsi olan Qazax rayonu və kəndlərindən olan, COVİD-19 pandemiyyası şəraitində yaşayan ehtiyacı olan vətəndaşlarımıza müəyyən qədər də olsa yardım edək".

S. Kərimova artıq layihə başa çatmaq üzrə olduğunu və indiyədək gördükləri işlər haqqında məlumat verərək bildirib ki, Qazax rayonundan olan QHT-lərin, rayon sakinlərinin tövsiyəsi ilə müəyyən etdikləri köməyə ehtiyacı olan 80 ailəyə birdəfəlik 35 AZN məbləğində ərzaq kuponlarını poçt vasitəsilə yollayıblar.

Artıq ərzaq kuponlarının sahiblərinə çatdırıldığını deyən Sevinc Kərimova benefisiarlarından aldıqları təşəkkür məktubları layihənin aktual olduğunu bir daha sübut etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm