Deputata edilən müraciətlərin əksəriyyəti həllini tapıb
Bizi izləyin

Sosial

Deputata edilən müraciətlərin əksəriyyəti həllini tapıb

Milli Məclisin deputatı Cavanşir Feyziyevin fevral ayı üçün seçicilərlə görüşü barədə açıqlama yayılıb.

Publika.az həmin açıqlamanı təqdim edir:

Ötən ay deputatın ünvanına 128 yazılı müraciət daxil olub, onlardan 37-si ay ərzində öz həllini tapıb. Vətəndaşlardan daxil olmuş 7 müraciət baxılması və müvafiq kömək göstərilməsi üçün Mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına göndərilib. Daha 1 müraciət aidiyyatı üzrə digər qurumlara göndərilib. Bununla bərabər, seçicilər tərəfindən göndərilmiş yazılı müraciətlərin 83-də qanunvericiliyin tələblərinə uyğun olmayan məsələlər qaldırılıb və bu məsələlərin qanunvericilik tələblərinə uyğun olmadığı vətəndaşların diqqətinə çatdırılıb. Fevral ayı ərzində seçicilərlə keçirilən 3 görüşdə 8 nəfər deputat tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm