Şəmkirdə güclü külək təsərrüfata ziyan vurdu, elektrik kəsildi
Bizi izləyin

Sosial

Şəmkirdə güclü külək təsərrüfata ziyan vurdu, elektrik kəsildi

Ötən gün qərb bölgəsində davam edən güclü külək Şəmkir və Samuxda təsərrüfatlara ziyan vurub.

Bu barədə Publika.az-a Şəmkir sakinləri məlumat veriblər.

Bildirilib ki, axşam saatlarından başlayan külək arpa və taxıl biçəninə hazırlaşan sakinləri təlaşlandırıb. Belə ki, külək sünbülləmiş dənli bitki təsərrüfatını "yatırıb".

Güclü külək və yağışdan sonra bir sıra kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Bəzi istixanaların örtüyünü uçurub. Bəzi yerlərdə ağacları kökündən qoparıb.

Sakinlərin sözlərinə görə, güclü külək davam edərsə, onun fəsadları da arta bilər.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm