Ordumuzun baş giziri qəfil VƏFAT ETDİ - FOTO
Bizi izləyin

Sosial

Ordumuzun baş giziri qəfil VƏFAT ETDİ - FOTO

Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərdə yaralanan, 15 günə yaxın komada qalan baş gizir Elman Ağayev vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Bildirilir ki, o, döyüşdə yaralanandan sonra müalicə alıb. Səhhəti normallaşandan sonra hərbi xidmətə geri dönüb.

Qeyd edilir ki, E.Ağayev bir müddət səhhətindəki ağrılardan şikayətlənib. Dünən müalicə olunmaq üçün məzuniyyət götürüb və evinə gəlib. Bu gün yaxınlarına narahat olduğunu deyib. Həkim çağırana kimi rəhmətə gedib.

1979-cu il təvəllüdlü baş gizir 22 il vətənə xidmət edib.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm