Toylara yenidən qadağa qoyulur? - HƏKİM AÇIQLADI
Bizi izləyin

Sosial

Toylara yenidən qadağa qoyulur? - HƏKİM AÇIQLADI

“Delta” ştammı COVID-19-un mutasiya olmuş versiyasıdır. Bu virus digərlərindən daha təhlükəli və yoluxucudur.

Bunu Publika.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.

M.Əliyev qeyd edib ki, peyvəndlərin bu virusa qarşı effekti fərqli olur: “Yəni COVID-19-un fərqli ştammları olduğu üçün peyvəndlər də hər birinə fərqli təsir göstərir. Sadəcə, təsir faizinə görə aralarında fərq ola bilər. Ancaq bu o demək deyil ki, yenidən qapanmalar olmalıdır. Bir sıra məhdudiyyətlər bərpa oluna bilər, ancaq əvvəlki kimi sərt karantin rejiminə keçid olmayacaq. Ola bilsin ki, toylara bir müddətdən sonra qadağa qoyulsun. Ümumiyyətlə, virusdan söhbət gedirsə, insanların sıx olduğu məkanlarda yoluxma ehtimalı çoxdur. Qaydalara riayət etməklə virusun yayılmasının qarşısını ala bilərik. COVID-19 əsasən tənəffüs yolu ilə bədənə daxil olur və bir sıra problemlər yaradır. “Delta” ştammı isə qripə oxşar əlamətlər daşıyır. Hansı ki, əvvəl deyirdik ki, koronavirusda qripin əlamətləri olmur. Yəni “Delta” ştammının əlamətləri daha çox qripə bənzəyir. Burun axması, öskürək kimi simptomlar bu virusda önə çıxır”.

Rahib Ələsgərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm