Sosial
“Qoç ət” restoranı cərimələndi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 367 ictimai iaşə obyektində 632 monitorinq keçirib.
AQTA-dan Publika.az-a verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Xəqani 65 ünvanında yerləşən, fiziki şəxs Novruzova Sevinc Məmməd qızına məxsus hostel;
2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 95 ünvanında yerləşən, hüquqi şəxs “Saray-Baku” MMC-yə məxsus “Fırat” kafe;
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin ünvanında yerləşən, fiziki şəxs İbrahimov Səid Nazim oğluna məxsus “Turk-Way” restoran;
4. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küç., keçid 815 ünvanında yerləşən, hüquqi şəxs “Wasım Afzal” MMC-yə məxsus dönər evi;
5. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Qarayev Sahil Malik oğluna məxsus dönər evi;
6. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr. 126 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Ramin Hümmət oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 82 ünvanında yerləşən, fiziki şəxs Batuhan Samed Çobana məxsus kafe;
8. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 81/13 ünvanında yerləşən, hüquqi şəxs “Shazeli Group” MMC-yə məxsus “Pak Dad” restoran;
9. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 14/8 B ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç ət” restoran;
10. Bakı şəhəri, Səbail rayonu, Badamdard qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Tuhumova Aşura İsrafil qızına məxsus kafe;
11. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., keçid 1128 ünvanında yerləşən, fiziki şəxs Ağacanov Xıdırəhməd oğluna məxsus kafe;
12. Abşeron rayonu, Masazır kəndi, Qurtuluş 93 ünvanında yerləşən, fiziki şəxs Sadıqov Rasim Nazim oğluna məxsus “Kilo Kabab” kafe;
13. Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən, fiziki şəxs Həsənli Tahir Fəxrəddin oğluna məxsus “Milli Süfrə” kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı