Sosial
İlham, Mehriban, Ərdoğan və... - Bakıda dördəmə bu adlar qoyuldu
Maştağada yaşayan Məmmədovlar ailəsində dördəm dünyaya gəlib. Ailə övladlarına Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə və Ümummilli lider Heydər Əliyevin xatirəsinə İlham, Mehriban, Ərdoğan və Heydər adlarını verib.
Publika.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya körpələrin atası Murad Məmmədov məlumat verib.
O bildirib ki, uşaqlar martın 31-də, Respublika Perinatal Mərkəzində dünyaya gəliblər: “Lakin onlar vaxtından əvvəl, yəni 7 aylıq doğulduqları üçün xəstəxanadan uşaqları 33 gün sonra, mayın 3-də çıxardıq. Uşaqlardan biri qız, üçü isə oğlandır. Hazırda vəziyyətləri normaldır. Bu adları uşaqlara Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar qoyduq. Ərdoğan adını isə övladımıza Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə dəstəyinə görə verdik”.
8 il əvvəl ailə quran 32 yaşlı Murad və 30 yaşlı Aygülün 7 yaşlı Ayan adlı bir qızları da var.
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək