Sosial
MDB PA-nın Müşahidə Missiyası hazırlıq prosesini müsbət qiymətləndirdi
MDB PA-nın Müşahidə Missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib.
Publika.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil oluqları nümayəndə heyəti ilə görüşündə bildirilib.
Fevralın 7-də keçiriləcək növbədənkənar Prezidenti seçkilərinin tarixdə ilk dəfə ölkənin bütün suveren ərazisində keçiriləcəyini və xalq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Baş prokuror seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.
Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları Müşahidə Missiyasının Azərbaycanda olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesinin müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO