Sosial
Futbol klubundan PULLAR OĞURLANDI - Qumarda uduzdu, həbs olundu
Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Azəri” Futbol Klubunda oğurluq olub.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə zamanı klubun Əhməd adlı direktorunun İsrafil adlı tanışına məxsus pullar oğurlanıb. Oğurluğu törədən isə direktorun tanışı, 1996-cı ildə Xaçmaz şəhərində anadan olmuş Kərim Zamanov (ad-soyad şərti) adlı şəxs olub.
Belə ki, Xaçmazdan Bakıya avtomobil almaq adı ilə gələn Kərim Zamanov şəhərdə istədiyi maşını tapa bilmədiyindən futbol klubunun istirahət üçün nəzərdə tutulmuş otağında gecələyib. Həmin gün İsrafillə futbol klubunun həyətində olan kafedə yemək yeyiblər. Təxminən saat 4 radələrində kafedə olarkən o, İsrafilin pulunu oğurlamağı düşünüb.
İsrafilə tualetə getdiyini deyərək, əyləşdikləri stoldan qalxıb. Kafedən çıxaraq İsrafilin pulu qoyduğu “Azəri” Futbol Klubunun istirahət üçün nəzərdə tutulmuş otağına gedib və 16 400 manatı götürüb.
Kərim Zamanov oğurladığı pulu 10-15 gün müddətində onlayn “Fast Loto” oyununda uduzub.
Məhkəmənin qərarı ilə Kərim Zamanov Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı