Sosial
Su hövzələrində davranış qaydaları barədə tədbirlər keçirildi
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən su hövzələrində davranış qaydaları barədə peşə təhsili müəssisələrində silsilə maarifləndirmə tədbirləri keçirilib.
Publika.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Neftçala Peşə Məktəbində maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirlərin keçirilməsində məqsəd su hövzələrində davranış qaydaları barədə sözügedən təhsil müəssisələrinin kollektivinə müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə suda batan insana ilk yardım, suda boğulmanın başvermə səbəbləri və bu zaman zəruri davranış, çimərliklərdə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Tədbirlərdə, həmçinin ilk yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Sağlamlıq19:00
Çiyələklə bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Avropa18:00
Rusiya-Ukrayna müharibəsindəki həqiqət üzə çıxdı
-
Sosial17:45
Əli Əsədov yeni qərar imzaladı
-
Nida Xəbər 17:17
Sən nəyə lazımsan? - Ərdoğan BMT-ni ÖLÜ ADLANDIRDI
-
Sosial16:41
Zakir Həsənov dövlət qurumunu məhkəməyə verdi
-
Dünya16:06
Trampın "Moskvanı bombalayaram" hədəsinə Kremldən cavab gəldi
-
MDB15:21
Putin mesajını verdi: Məni o əvəz edəcək - Rusiya elitası çalxalandı
-
Sosial15:01
Azərbaycanlı hərbçi itkin düşdü