Sosial
Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq
Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr “Rəng xəbərdarlıq sistemi” şkalası ilə əhaliyə daha anlaşılan formada çatdırılacaq.
Yeni mexanizmə əsasən, 3 rəng - sarı, narıncı və qırmızı rəng şkalası tətbiq ediləcək.
Hava xəbərdarlığının sarı rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyini proqnozlaşdırıldığı deməkdir. Belə ki, sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunacaq.
Narıncı rəng xəbərdarlığı isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Bu rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir.
Hava xəbərdarlığı qırmızı rənglə edilirsə, bu ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstrimal risk olduğunun göstəricisidir. Bu rənglə xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə ediləcək.
-
Magazin103:43
Çingiz Mustafayevin ailə qurduğu xanım kimdir? - VİDEO
-
Region02:42
Hava şəraiti daha da pisləşdi, helikopterin axtarışı ÇƏTİNLƏŞDİ
-
Region00:30
İran xüsusi təyinatlıları arasında Zelenskinin oxşarı tapıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik görüşlə bağlı gözləntilər PUÇ OLA BİLƏR
-
Magazin119 May 23:12
Lalə Məmmədova sinə dekoltesi ilə diqqət çəkdi - FOTO
-
Magazin119 May 21:24
Çingizin toyundan ilk görüntülər - VİDEO
-
ABŞ19 May 21:00
Rəisinin "Instagram" hesabından xalqa ÇAĞIRIŞ EDİLDİ - FOTO
-
ABŞ19 May 20:48
ABŞ-dan qəza ilə bağlı İLK AÇIQLAMA: "Hazırda əlavə şərhimiz yoxdur"