İlahiyyatçıdan şok açıqlama: Bürclərə inananlar...
Bizi izləyin

Sosial

İlahiyyatçıdan şok açıqlama: Bürclərə inananlar...

Bürc astronomik olaraq göy üzündə yerləşən 12 ulduz qrupuna verilən addır. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin doğum ayına görə xüsusiyyətləri də mövcuddur və günümüzdə insanların bürclərə münasibətləri də müxtəlifdir. Bəzi adamlar gecə-gündüz bürc proqnozlarına baxıb, həyatının onlardan asılı olduğunu düşünür, bəziləri isə ümumiyyətlə bürclərə inanmır. Uzun zamandır bununla bağlı təzadlı fikirlər mövcur olmuşdur. Maraqlıdır, bürclərə dini baxımdan münasibət necədir?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov söyləyib ki, bu gün bütün mətbuatda bürcləri insanlara təqdim edirlər. Əslində bürclərə inanmaq böyük günah sayılır.

“Bu, Allaha şərik qoşmaq hesab olunur. Bürclər, ulduzlar, ay, günəş və s. səma cisimləri insanların və kainatın taleyinə, qədərinin dəyişməsində heç bir rola malik deyildir. Əgər bürclərə inanmdan, sadəcə təsəlli tapmaq üçün müraciət edilərsə, onda Allaha qarşı asilik etmək hesab olunur. Allaha asilik edən insan da günahkar olur. Çünki Allaha şərik qoşulan məsələlərlə təskinlik tapmaq düzgün deyil. Həmçinin həmişə mətbuatdan bunu oxuyan, bürclərini izləyən insan tədricən Allahdan uzaqlaşıb həyatını bürclərə yönəldər. Bununla da Allahın qəzəbinə gələcək insan ola bilər. Allahdan kömək istəyirik ki, bizə lazım olan imanın əsaslarına möhkəm inanaq və bunun gərəyi olan gözəl əməllərimizi həyata keçirək”.

Nəticə etibarı ilə deyə bilərik ki, İslamda bürclər astronomik məna daşıyır. Həyatımıza Allahdan başqa heç bir varlığın təsirindən söhbət gedə bilməz. Gözəl yaşama sahib olmaq üçün müsbət düşünmək, inanmaq və daim Yaradana dua etmək ən gözəl vasitələrdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm