Sosial
XİN Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” platormasındakı paylaşımında bildirib.
“5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə cəmiyyətimizin hər bir fərdinin təhsil, inkişaf və nailiyyətlərində mühüm rol oynayaraq, işıqlı gələcəyimizin qurucularının yetişdirilməsinə töhfə verən zəhmətkeş, fədakar müəllimlərimizi ürəkdən təbrik edir, onlara bu şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzu edirik. Beynəlxalq Müəllimlər Gününüz mübarək!” - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da müəllimləri təbrik edib.
“Bu gün hər birimizin təhsil həyatının ayrılmaz və əvəzolunmaz parçası olan, gənc nəsillərimizin milli ruhda, vətənpərvər, savadlı yetişməsində müstəsna xidmətləri olan müəllimlərimizə həsr olunmuş Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu münasibətlə, “müəllim” adını şərəf və ləyaqətlə daşıyan, habelə gələcəkdə bu şərəfli peşə üzrə ixtisaslaşmaq istəyən hər kəsi ürəkdən təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzu edirəm!” - deyə nazir bildirib.
-
Sosial17:00
Abortlarla bağlı dəhşətli statistika: “Günahdır” deməklə məsələ həll olunmur
-
Müsahibə16:00
Almanla ailə quran azərbaycanlı xanım: Andreas Günaya evlilik təklifini necə edib?
-
Maraq dünyası15:30
Müqəddəs kitabda adı çəkilən şəfa ağacı tapıldı: Görün nələrə qadirdir
-
Sağlamlıq15:00
Uşaqlar niyə kütləvi şəkildə xəstələnir? - Zənglərin ardı-arası kəsilmir
-
Sosial14:32
Bakı yollarının zolaqlı problemi - 100 manat cərimə və...
-
Nida Xəbər 14:25
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verildi - Sərəncam
-
Rəsmi xronika13:30
Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
-
Qoroskop12:57
Ən əsəbi 3 bürc - Gözlərinə görünməyin, nə edəcəkləri bəlli olmaz