Şorgözlüyün fəsadı: Süni intellekt "cazibədar qadın" cildində kişilərin pulunu taladı
Bizi izləyin

Sosial

Şorgözlüyün fəsadı: Süni intellekt "cazibədar qadın" cildində kişilərin pulunu taladı

Honq-Konqda kişilər sevgi dələduzluğunun qurbanı olublar. Belə ki, süni intellektə əsaslanan dərin saxtakarlıqlardan istifadə edənlər qurbanlarını aldadaraq onlardan külli miqdarda pul alıblar. Aldadılanların əlindən çıxan pulun ümumi miqdarı 46 milyon dollardan çox olub.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Deepfakes" (dərin saxtakarlıq) süni intellektdən istifadə etməklə yaradılmış real saxta videolar, audio və digər məzmunlardan ibarətdir.

Honq-Konq polisinin bildirdiyinə görə, fırıldaq adətən mətn mesajları ilə başlanır. Hansı ki, fırıldaqçı o mesajı göndərməklə özünü cəlbedici qadın kimi təqdim edir, daha sonra isə "bağışlayın yanlış yazdım" deyir. Beləliklə, bundan sonra onlar "güclü sevgi" sərgiləyərək "online sevgi qurbanları" ilə gələcək həyatı planlaşdırırlar.

Polisin sözlərinə görə, şübhəlilər xaricdəki İT mütəxəssisləri ilə saxta kriptovalyuta platforması yaratmaq üçün əməkdaşlıq edib və burada qurbanların sərmayə qoymağa məcbur ediliblər.

Honq-Konq polisi keçirdiyi mətbuat konfransında Tayvandan Sinqapura və hətta Hindistana qədər kişiləri hədəf aldıqları iddia edilən cinayətkar dəstənin iyirmidən çox üzvünün həbs edildiyini açıqlayıb.

Polis 21 kişi və 6 qadının Honq-Konqda dəstənin iddia edilən əməliyyat mərkəzinə basqından sonra fırıldaqçılıqda ittiham olunaraq saxlanıldığını bildirib.

Polisin məlumatına görə, yaşları 21-34 arasında olan şübhəlilərin bir çoxu rəqəmsal media və texnologiya sahəsində təhsil almış, iddiaya görə yerli universitetlərdə təhsil aldıqdan sonra dəstə tərəfindən işə götürülüblər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm