Sosial
Valideynlərin nəzərinə: "TikTok"da böyük təhlükə - Azyaşlı qızlar...
“TikTok” idarəçilərinin 13 yaşından kiçik uşaqların tətbiqdən istifadə etdiyinin və bunun onlara zərərli təsir göstərdiyinin fərqində olduqları iddiaları irəli sürülüb. Tətbiqin həmçinin asılılıq və zərərli davranışları təşviq etdiyi də bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “New York Post” məlumat verib.
Xəbərə görə, ABŞ-ın Kentukki ştatınnı baş prokuroru Russell Coleman tərəfindən araşdırma aparılaraq yeni məhkəmə sənədləri əldə edilib. İddiada idarəçilərin azyaşlı qızların canlı yayımlarda əxlaqsız davranışlar sərgilədikləri, uşaq və yeniyetmələrin yuxusuzluğuna səbəb olan rolunun fərqində olduqları bildirilib.
Məhkəmə sənədlərinə görə, “TikTok”-a aludə olmaq hər video üçün 8 saniyə nəzərdə tutulmaqla cəmi 35 dəqiqə və ya 260 video ilə mümkündür.
Tətbiqin, həmçinin fiziki cəhətdən cəlbedici insanların məzmununu təbliğ etdiyi və daha az cəlbedici insanların məzmununu sıxışdırmaq üçün alqoritmi dəyişdirdiyi də iddia edilir.
Bu barədə açıqlama verən “TikTok” sözçüsü istifadəçi təhlükəsizliyinə sadiq olduqlarını və sənədlərin tətbiqi yanlış təqdim etdiyini bildirib. O, şübhəli yetkinlik yaşına çatmayan istifadəçilərin hesablarının silinməsini ehtiva edən təhlükəsizlik tədbirlərinin olduğunu və səlahiyyətlilərlə işlədiklərini qeyd edib.
Roza
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı