Sosial
Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək.
DİM-dən Publika.az-a verilən məlumata görə, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək.
Prosesdə 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Proses saat 10:00-da başlanacaq.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılırlar.
-
Magazin109:00
Geyimi ilə müzakirələrə səbəb oldu - FOTO
-
Sağlamlıq08:48
Həkim çayın faydalı xüsusiyyətlərindən danışdı
-
Dünya08:12
Günəş atom bombaları kimi Yeri fəlakətə uğrada bilər - ŞOK ARAŞDIRMA
-
Sağlamlıq05:45
Öskürəkdən xilas olmaq üçün bunu edin
-
Səhiyyə02:42
Zob xəstəliyindən əziyyət çəkən qadını niyə botoks ediblər? - VİDEO
-
Pul01:41
İranda dollar KƏSKİN BAHALAŞDI
-
Sosial00:30
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilər zülmətə qərq olacaq
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bir ofis romantikası başlaya bilər