Səbinə Əliyeva Qubada vətəndaşları qəbul edəcək - Tarix dəyişdi
Bizi izləyin

Sosial

Səbinə Əliyeva Qubada vətəndaşları qəbul edəcək - Tarix dəyişdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dekabrın 26-da Qubada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Publika.az xəbər verir ki, sabah ölkədə matəm günü olduğundan qəbul dekabrın 27-nə keçirilib.

***

2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba şəhərində müraciət edən şəxsləri qəbul edəcək.

Publika.az xəbər verir ki, qəbul Ombudsmanın Şimal Regional Mərkəzində saat 10:00-da (Quba şəhəri, Yusif Qasımov küçəsi 68 ünvanında) keçiriləcək. Qəbula Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm