Nida Xəbər
Qəza ilə bağlı yaradılan Komissiyanın ilk iclası keçirildi - Tapşırıqlar verildi
Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Komissiyanın sədri Əli Əsədov Prezident İlham Əliyevin hadisə ilə bağlı araşdırmanı şəxsi nəzarətə götürdüyünü bildirib.
Dövlət Komissiyası bir sıra vacib və təxirəsalınmaz məsələləri, o cümlədən qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı işləri nəzərdən keçirib. Həmin şəxslərə Qazaxıstan tərəfi ilə birlikdə tibbi yardım göstərilməsi üçün səhiyyə naziri Teymur Musayevə müvafiq tapşırıqlar verilib.
Qəza nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlərin aparıldığı qeyd olunub. Xəsarət almış şəxslərin ailələri və yaxınları ilə zəruri işlərin aparılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılmış “Qaynar xətt” vasitəsilə qəzaya uğramış təyyarənin sərnişinlərinin ailə üzvləri və yaxınları müvafiq qaydada məlumatlandırılaraq, onlara psixoloji və digər zəruri dəstək göstərildiyi qeyd edilib.
Azərbaycan Baş Prokurorluğunun qazaxıstanlı həmkarlarla birlikdə hadisənin baş vermə səbəblərini araşdırdığı və cinayət işi üzrə istintaq apardığı bildirilib. İstintaqın gedişi haqqında ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıq verilib.
Qəza nəticəsində xəsarət almış və hazırda Aktau şəhərində müalicəsi davam edən Azərbaycan vətəndaşlarının zərurət yarandıqca və həkimlərin razılığı əsasında Azərbaycan evakuasiyasının təşkili ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü bildirilib.
Xəsarət almış şəxslərə zəruri yardım göstərilməsi və bundan irəli gələn digər məsələlərin həlli ilə bağlı qazaxıstanlı həmkarlarla hökumət üzvləri səviyyəsində daimi sıx təmasların və birgə səylərin həyata keçirildiyi vurğulanıb. Komissiya üzvlərinə səlahiyyətləri üzrə müvafiq işlərin aparılması ilə bağlı tapşırıqlar verilib.
-
Nəqliyyat02:43
Təyyarəni istehsal edən "Embraer" şirkətindən AÇIQLAMA: "Buna hazırıq!"
-
Hadisə01:05
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU
-
Hadisə00:45
Nazir xəsarət alanların son vəziyyətini AÇIQLADI
-
Elm və təhsil00:14
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto
-
Sosial25 Dekabr 23:13
Təyyarə qəzasında həlak olanların cənazələri xüsusi reyslə Bakıya gətiriləcək - RƏSMİ
-
Hadisə25 Dekabr 22:54
Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir - FOTOLAR
-
Hadisə25 Dekabr 20:50
Təyyarənin “qara qutu”su TAPILDI
-
Nida Xəbər 25 Dekabr 20:10
Qəza ilə bağlı yaradılan Komissiyanın ilk iclası keçirildi - Tapşırıqlar verildi