Sosial
Yeni qanun: Hərbçilər artıq buna görə cərimə olunmayacaq
Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçən hərbi vəzifəlilər vətəndaşların hərbi qeydiyyat üzrə nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə görə məsuliyyətdən azad ediləcək.
Publika.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik edilməsi təklif olunur.
Dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə müəyyən edilən 30 manat məbləğində cərimədən azad ediləcək.
Layihə müzakirədən sonra Milli Məclisin plenar iclasına tpövsiyə edilib.
-
Art20:36
Əməkdar artistin oğlu soyuqdəymədən VƏFAT ETDİ - FOTO
-
Sosial19:00
Şəmsi Səmədzadə həbsi ilə bağlı ilk dəfə DANIŞDI - VİDEO
-
Elm və təhsil18:48
Faciəli şəkildə həlak olan Günay müəllimə imiş - FOTO
-
Sosial18:24
Polis Abşeronda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı
-
Region18:12
Türkiyədən daha bir ACI XƏBƏR
-
Sosial17:07
Bu şəxslər mülki odlu silah əldə edə biləcəklər
-
Sosial16:14
Bu şəxslər 100 manat cərimə olunacaq
-
Sosial15:50
Hikmət Mirzəyevə yeni müavin təyin olundu