Şuşada ermənilərə BÖYÜK ŞOK: 3 ölü, 1 yaralı
Bizi izləyin

Cənubi Qafqaz

Şuşada ermənilərə BÖYÜK ŞOK: 3 ölü, 1 yaralı

Ermənistanın işğalı altında olan Azərbaycanın Şuşa şəhərində dəm qazından zəhərlənmə nəticəsində 3 erməni ölüb, 1-i xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu haqda “Arsaxpress” saytı bildirib.

Hadisə yanvarın 8-də saat 19:05 radələrində baş verib.

Məlumata görə, ev sakinlərinin zənglərə cavab verməməsindən sonra yaxınlarından biri mənzili yoxlamaq xahişiylə FHN-ə müraciət edib. Hadisə yerinə gəlmiş xilasedicilər briqadası mənzilin qapısını sındırıblar və mənzildə ər-arvadla onların 5 yaşlı oğlunun cansız bədənlərini aşkar ediblər. 2011 təvəllüdlü daha bir uşaq isə Xankəndidə uşaq xəstəxanasına çatdırılıb. Onun vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm