Gürcüstanın yeni parlamentinin toplanacağı vaxt açıqlandı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanın yeni parlamentinin toplanacağı vaxt açıqlandı

Mərkəzi Seçki Komissiyası 2020-ci il 31 oktyabr Parlament seçkilərinin yekun nəticəsini təsdiq etdikdən sonra prezident onuncu çağırış Parlamentinin ilk iclasını təyin edir.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, MSK yekunlaşdırıcı protokolu bu gün dərc etdirdi.

Qanunvericiliyi nəzərə alaraq, yeni seçilmiş Parlamentin ilk iclası, rəsmi nəticələrin elan olunmasından on gündən gec olmayaraq keçirilməlidir.

Onuncu çağırış Parlamentinin ilk iclasını Gürcüstan prezidenti açacaq. İclasda həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri iştirak edəcək.

Elə ilk iclasda deputatlar, gizli səsvermə ilə, Parlamentin sədrini seçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm