Gürcüstanda SİLAHLI İNSİDENT: İki nəfər yaralandı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda SİLAHLI İNSİDENT: İki nəfər yaralandı

Gürcüstanın paytaxtı Tiflisdə növbəti dəfə silahlı qarşıdurma olub.

Publika.az xəbər verir ki, insident paytaxtın Nadzaldevi rayonunda baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralıları Gerars klinikasına aparıb.

Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı bir neçə atəş açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq başlanıb, hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, dekabr ayında bu, üçüncü hadisədir.

Bundan başqa, paytaxtda soyğunçuluq, quldurluq, narkomaniya və digər cinayətlərin sayı da artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm