Minsk qrupu Arutyunyanla görüşmədi - SƏBƏB
Bizi izləyin

Cənubi Qafqaz

Minsk qrupu Arutyunyanla görüşmədi - SƏBƏB

Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağdakı keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyan ilə görüşməyib.

Publika.az xəbər verir ki, Arutyunyanın Rusiyadan olan həmsədrin iclasda iştirak etməməsini bəhanə gətirərək görüşü ləğv etdirdiyi bildirilib.

Onun mətbuat katibi Vəhram Poqosyan "News.am"a verdiyi açıqlamada bu barədə bildirib.

Qeyd edək ki, Arutyunyan İrəvana bu görüş üçün xüsusilə səfər etmişdi.

Bundan əvvəl Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri - Rusiyanın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Endryu Şoffer və Stefan Viskonti, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.

Məlumat üçün bildiririk ki, ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri İrəvana bazar günü gedib. Rusiyalı həmsədr İqor Popov bu dəfə səfərdə yoxdur. Bu, Qarabağdakı müharibədən sonra vasitəçilərin ilk səfəridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm