Sergey Lavrov bu gün Ermənistana gedəcək
Bizi izləyin

Cənubi Qafqaz

Sergey Lavrov bu gün Ermənistana gedəcək

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

Publika.az xəbər verir ki, Rusiya XİN rəhbəri 5 mayda Yerevana səfər etsə də, rəsmi görüşləri bir gün sonra, 6 mayda baş tutacaq.

Daha sonra Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq:

“İkitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”, - o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm