Ermənilər Lavrovun İrəvan səfərinə ETİRAZ ETDİLƏR - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

Ermənilər Lavrovun İrəvan səfərinə ETİRAZ ETDİLƏR - VİDEO

Ermənistanda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərinə qarşı etiraz aksiyası keçirilib.

Publika.az xəbər verir ki, bu barədə "Telegram" sosial şəbəkəsinin erməni seqmentində məlumat yayılıb.

Qeyd edilib ki, etiraz aksiyası Jirayr Sefilyanın rəhbərlik etdiyi "Milli Demokratik Qütb" hərəkatının üzvləri təşkil ediblər.

Qeyd edək ki, Sergey Lavrov bu gün İrvana səfər edib. Onun Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla görüş keçirəcəyi bildirilir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm