Cənubi Qafqaz
Ermənilər Njdenin Qarabağdakı abidəsini sökməyə hazırlaşır
Qarabağ separatçılarının liderlərindən biri, Dağlıq Qarabağın “Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyan dünən Qaregin Njdenin Xocavəndin (erməni versiyası – Martuni) mərkəzindəki abidəsinin sökülməsini təklif edib.
Bu barədə “Azadlıq radiosu”nun erməni xidmətinə Xocavənd rayon Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Ovsepyan məlumat veriblər.
Radiostansiyanın məlumatına görə, V. Balasanyan nasizmin əlaltısı Q. Njdenin abidəsinin 9 May – Hitler rejimi üzərində Qələbə gününə qədər sökülməsində israr edir. Balasanyan problemin həlli üçün digər bir variant - abidənin Zəngəzur rayonuna köçürülməsini də təklif edib.
Xocavənd erməni icması nümayəndələrinin bildirdiyinə görə, abidənin sökülməsində Rusiya Sülhməramlı kontingentinin rəhbərliyi təkid edir.
Xatırladaq ki, müasir Ermənistanda canonize edilmiş erməni üsyançı ordusunun liderlərindən biri olan Qaregin Njde sovetləşmədən əvvəl Zəngəzur və Dağlıq Qarabağdakı Azərbaycan əhalisinin məhvinə və təmizlənməsinə şəxsən başçılıq edib. Daha sonra isə Avropaya köç edərək, faşist hərəkatına qoşulub... (virtualaz.org)
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO