Paşinyanla Blinkenin telefon danışığı oldu
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanla Blinkenin telefon danışığı oldu

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Publika.az TASS-a istinadla xəbər verir ki, u barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib və İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasının vacibliyi vurğulanıb.

“Söhbət zamanı BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasının, habelə sərhədin demarkasiyası və Aİ-nin mülki missiyasının bu sahədə fəaliyyətinin təmin edilməsi üzrə işlərin aparılmasının vacibliyini qeyd olunub”, - məlumatda bildirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm