Tabloid.az
Varşavada azərbaycanlı rəssam Həmid İbadullayevin sərgisi açılıb
Azərbaycanın Polşadakı səfirliyinin və Varşava şəhərinin Mazovetski Mədəniyyət və İncəsənt Mərkəzinin təşəbbüsü ilə həmin mərkəzin Elektor zalında azərbaycanlı rəssam Həmid İbadullayevin rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Səfirlikdən bildiriblər ki, sərgidə Azərbaycanın bu ölkədəki
səfiri Həsən Həsənov, mərkəzin direktoru xanım Aleksandra Kielan,
“Azərbaycan Mədəniyyət Mərkəzinin” sədri Şəhla Kazımova, yerli
ictimaiyyətin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri,
Polşada akkreditə olunmuş diplomatlar, burada fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarının üzvləri iştirak ediblər.
Ş. Kazımova sərgini açıq elan etdikdən sonra mərkəzin direktoru
Aleksandra Kielan sərgi haqqında ümumi məlumat verib.
Səfir H. Həsənov çıxışında Azərbaycan rəssamlıq məktəbi, bu
məktəbin tanınmış nümayəndələri haqqında ətraflı məlumat verib.
Azərbaycan rəssamlq məktəbi nümayəndələrinin sənət əsərlərinin
Polşanın bir neçə vlayətlərində rast gəlindiyini də əlavə edib.
Polşada yaşayan rəssam Həmid İbadullayevin Azərbaycan rəssamlıq
məktəbinin gənc nümayəndələrindən olduğunu söyləyən H. Həsənov,
onun yaradıcılığında Avropa məktəbinin nümunələrinə rast
gəlindiyini xüsusi olaraq vurğulayıb.
Sərgi aprelin 30-dək davam edəcək. /Gun.az/
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO