Tabloid.az
Prezidentin qızları "Silahların əfsanəsi" sərgisinin açılış mərasimində iştirak ediblər
Martın 15-də Heydər Əliyev Mərkəzində "Silahların əfsanəsi" sərgisinin açılış mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,
Arzu Əliyeva, ölkənin tanınmış ictimai, mədəniyyət və incəsənət
xadimləri, diplomatik missiyaların nümayəndələri iştirak
ediblər.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin
direktoru Anar Ələkbərov əminliklə bildirib ki, bu gün təşkil
edilən sərgi hər bir iştirakçının ürəyincə olacaq: "Bu gün hamımız
birlikdə növbəti gözəl layihənin təqdimatında iştirak edirik. Mən
əminəm ki, bu gün təşkil edilən sərgi hər birimizin ürəyincə
olacaq. Biz çox sevinirik ki, Heydər Əliyev Mərkəzi artıq
Azərbaycanda mədəni tədbirlərin keçirilməsində mərkəzi məkana
çevrilib. Birmənalı olaraq söyləmək istəyirəm ki, həm şəhərimizin
sakinləri, həm Bakıya gələn qonaqlarımız binanın unikal
arxitekturasına heyran olurlar, eyni zamanda burada təşkil edilən
tədbirlərdən çox yüksək zövq alırlar".
A.Ələkbərovun sözlərinə görə, Heydər Əliyev Mərkəzində keçirilmiş
sonuncu "Kosmosa səyahət" sərgisi çoxsaylı ziyarətçilərin gəlməsinə
səbəb olmuşdu. Qısa müddətdə 50 minə yaxın insan həmin sərgini
ziyarət etmişdi: "Silahların əfsanəsi" sərgisinin hazırlanmasında
əməyi olan bütün insanlara, xüsusi olaraq Avstriyanın muzey
rəhbərlərinə dərin təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki,
Heyər Əliyev Mərkəzinin növbəti layihəsini - "Silahların əfsanəsi"
sərgisini çox bəyənəcəksiniz".
Sonra çıxış Avstriyanın Yoxanneum Muzeyinin direktoru Volfqanq
Muxitç qeyd edib ki, bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa
ölkələrində səyahətindən sonra artıq Bakıya gəlib: "Mən çox
sevinirəm ki, "Silahların əfsanəsi" sərgisində bizim
kolleksiyamızın kiçik bir hissəsini görmək imkanı əldə edəcəksiniz.
Bu kolleksiya ABŞ, Kanada və bir sıra Avropa ölkələrində
səyahətindən sonra artıq Bakıya gəlib. Bayaq qeyd etdiyim kimi, biz
bu kolleksiyanın kiçik bir hissəsini görəcəyik, bu sərgidə yüz
eksponat təqdim edilir. Əslində muzeydə 42 min eksponat
saxlanılır".
Onun sözlərinə görə, sərgidə nümayiş olunan eksponatlar Avropanın
XVI-XVIII əsrlərinə aid tarixi silah və zirehli geyimləridir ki,
bunlardan qitənin şərq və qərb hissələrinin müdafiəsi üçün istifadə
olunub: "Bu eksponatlardan Alp dağı arasında olan bir ərazini əhatə
edən o zamankı Avstriyanın paytaxtının müdafiəsi məqsədilə istifadə
edilib. Bütün bu imperiyada baş verən bir sıra milli hərəkatlarda
bu silah və zirehli geyimlərdən çox fəal şəkildə istifadə
olunub".
V.Muxitçin bildirdiyinə görə, bu, regionda 12 muzeydən biridir ki,
məhz bu eksponatların kolleksiyası saxlanılır: "Muzey 1857-ci ildə
yaradılıb, ən tarixi, qədim və Mərkəzi Avropada 4,5 milyon
eksponatdan ibarət ən böyük muzeylərdən biridir".
Muzeyin direktoru çıxışının sonunda sərginin və kolleksiyanın
nümayişində onlara dəstək olan Heydər Əliyev Mərkəzinin
rəhbərliyinə və işçilərinə, eyni zamanda buna imkan yaradan bütün
insanlara öz minnətdarlığını bildirib: "Ümid edirəm ki, bu
eksponatlar sizə böyük həzz verəcək".
Daha sonra çıxış edən "Silahların əfsanəsi" sərgisinin kuratoru
Johannes Ramharler bildirib ki, hazırda elə insanlar var ki,
indiyədək keçmişin gözəl günləri ilə yaşayırlar. Bir qrup insanlar
da var ki, o möcüzələri, tarixi hadisələri canlandıran proseslərin
iştirakçısı olmaq istəyirlər: "Və mən düşünürəm ki, bu gün
kolleksiyanı təqdim edəcəyimiz bu sərgidə həmin o möcüzənin kiçik
bir hissəsini görmüş ola biləcəksiniz".
J.Ramharler qeyd edib ki, müharibədə qalib gəlmək üçün silahlardan
başqa, zirehli geyimləri kəşf edən şəxslər də var ki, onlar həmin
ölkənin tarixində çox böyük rol oynamışlar: "Burada görəcəyiniz
eksponatlar muzeydə hazırlanmış subyektlər deyillər, bunlar real,
döyüş zamanı istifadə olunan silahlardır. Və onların vacibliyini
bir daha anlamaq lazımdır, çünki məhz onların vasitəsilə ölüm-qalım
məsələsi həll olunub. Sərgi kolleksiyasında gördüyünüz
eksponatların ikisindən başqa, hər biri orijinal, real silahlardır
və düşünürəm ki, siz bu silahlarla tanış olduğunuzda həmin tarixi
yaşamaq imkanı əldə edəcəksiniz".
Qeyd edək ki, iyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə
Avropanın 130 tarixi eksponatı təqdim olunacaq. Dünyanın ən böyük
tarixi silah və zireh kolleksiyası - Avstriyanın əfsanəvi Qraz
cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.
Sərgidə nümayiş olunacaq silah və zirehlər müxtəlif döyüşlərdə
iştirak etmiş orijinal nümunələrdir. "Silahların əfsanəsi"nin davam
etdiyi müddətdə izləyicilər tarixin canlı şahidi olacaq, hər bir
eksponata dair maraqlı faktlar əldə edə biləcəklər.
Bu kolleksiya indiyə qədər Avstriya, Kanada, ABŞ, İsveçrə, İtaliya
və Yaponiyada nümayiş etdirilib. San-Fransisko, Hyuston, Nyu-York,
Vaşinqton və s. şəhərlərdə 1 milyondan artıq ziyarətçi bu tarixi
sərgini izləmək imkanı əldə edib.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."