Tabloid.az
BMT-də Beynəlxalq Novruz Günü münasibətilə tədbir keçirilib
Martın 24-də Azərbaycan, Əfqanıstan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndəlikləri tərəfindən 21 mart - Beynəlxalq Novruz Günü münasibətilə BMT-də ənənəvi tədbir keçirilib.
Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən
məlumata görə, tədbirdə çıxış edən ölkəmizin BMT yanında daimi
nümayəndəsi səfir Aqşin Mehdiyev Novruzun ölkəmiz və xalqımız üçün
tarixi və mədəni əhəmiyyətindən danışaraq qeyd edib ki, Novruzun
əsas cəhəti onun siyasi, dini, milli və etnik mənsubiyyətindən
asılı olmayaraq, insanlar arasında bağlayıcı rol oynamasıdır. O
vurğulayıb ki, sülh, humanizm, hörmət və tolerantlıq ideyalarını
özündə birləşdirdiyinə görə Novruz universal mədəni dəyərlər
sistemində öz layiqli yerini tutub.
A.Mehdiyev dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə
Novruzun aşıladığı bu dəyərləri qorumağa və onları gələcək
nəsillərə ötürməyə çağırıb.
Tədbir zamanı iştirakçılara Novruz bayramını qeyd edən ölkələrin
milli mətbəxinə aid şirniyyatlar paylanıb və Novruzla bağlı milli
adət-ənənələri nümayiş etdirən videosüjetlər nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş
Assambleyasının yekdilliklə qəbul etdiyi qətnamə əsasında təsis
edilən Beynəlxalq Novruz Günü həmin vaxtdan etibarən hər il BMT-də
qeyd edilir və keçirilən birgə tədbirlər BMT-nin üzv dövlətlərində
böyük maraq doğurur.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO