Gülbən Ərgən: "Ailə həyatım davam etmədi, amma..."
Bizi izləyin

Tabloid.az

Gülbən Ərgən: "Ailə həyatım davam etmədi, amma..."

Məşhur müğənni Gülbən Ərgən Türkiyənin “Axşam” qəzetinə keçmiş həyat yoldaşı, övladları və həyatıyla bağlı maraqlı müsahibə verib. Publika.Az həmin müsahibəni təqdim edir.

-Üzünüz hər zaman gülür. Bu təbəssümlər gerçəkdir, yoxsa müdafiə mexanizmidir?

-Çox vaxt gerçəkdir. Mən səhərlər xoşbəxt oyananlardanam, amma bəzən üzümə yapışan bir təbəssüm olur. Buna səbəb uşaqlara qarşı olan məsuliyyətdirmi, yoxsa daxili bir hissdirmi, onu bilmirəm. Qadınlar mənə “sən həll edərsən”, “Sən necə problemləri həll etdin” kimi fikirlər təlqinlər edirlər. Bəzən əsəb içində olduğum halda üzümün güldüyünü hiss edirəm.

-Həqiqətən çox böyük problem həll etdiniz. Çox çətin günləri geridə buraxdınız. Düşdüyünüz hər çətinlikdən daha da güclənib gələcəyə addımlamağa müvəffəq oldunuz. Bu uğuru necə əldə etdiniz? Bildiyimiz qədəri ilə o vaxtlar təsəvvüflə da maraqlanmırdınız.

-Mən sadəcə, dürüst oldum və yalan danışmadım. Nə yaşasam da heç vaxt səmimiyyətimi itirmədim. Mən ağılla deyil, ürəyimlə qərara verməyi bacarıram. Çalışıram ki, hər zaman ürəyimin apardığı yerə gedim.

-Aldığınız ilk zərbə 18 yaşında böyük qardaşınızın itkisi olub, daha sonra, 23 yaşında atanızı itirmisiniz. Vaxtsız ölümlər sizdə necə iz buraxıb?

-Dərin səssizliklər buraxır... Adətən güclü olmaq məcburiyyəti ilə yanaşı qadınlığın, incikliyin və bütün duyğusallığın ortasında gizli dözümlülük izi. Bu ölümlərdən sonra əskik, yarım qalır insan. Artıq mənim uca dağlarım yoxdur həyatda...

SEVDİM, SEVİLDİM VƏ BİTDİ…

-Karyeranızın zirvəsində ailə həyatı qurdunuz və 3 övladınızı dünyaya gətirdiniz. Bu qərarınızdan heç peşman oldunuzmu? Çünki ailəniz dağıldı...

-Nə? Peşmanlıqmı? Sağlam övladlarımın olması həyatın mənə verdiyi ən böyük hədiyyədir. Düzdür, ailə həyatım davam etmədi, amma uşaqlarımın atası həyatdadır və onlarla münasibəti davam edir.

-Sizin də valideynləriniz boşanıb və illər sonra bu durumun sizə çox pis təsir etdiyini açıqladınız. İndi övladlarınız da eyni vəziyyətdədir. Övladlarınıza baxanda daxilən əzab çəkirsiniz?

-Xeyir, heç bir əzab çəkmirəm. O əzabları çəkməmək üçün çox işlər gördüm. Ailəmdə baş verənləri övladlarıma ehmalca başa saldım. Uşaqlarımın duyğusal zəkasına güvənirəm. Onlar ilk boşanan ana-atanın övladları deyil. Həyatda udmaq kimi, uduzmaq da var.

-Ötən gün instigramda bir foto paylaşdınız və “analar, atalar boşanmaz”,- deyə qeyd yazmışdınız. Övladlarınızın ataları ilə yaxşı münasibətinin olmağını ən çox hansı duyğuya görə istəyirsiniz?

-İnsanlar ər-arvad olmaqdan imtina edə bilər, amma ana-ata olmaqdan boyun qaçırda bilməzlər.

-Müsahibələriniz birində belə bir cümlə işlətmişdiniz: “Bir atanın övladlarına verə biləcəyi ən gözəl hədiyyə anasını sevməkdi... Mustafa məni heç sevmədi.”

-İşlətdiyim o cümlə düzdür, amma həqiqət başqadır. Mən müsahibədə “Mustafa məni sevmədi” demədim. Əgər sevməsəydi, necə 3 övladım olardı? Sevməsəydi, 8 il necə bir yastığa baş qoya bilərdik? Sevdim, sevildim və bitdi. Bu qədər.

-3 oğulla həyat necə davam edir?

-Maraqlı, gülməli, hərəkətli, yaraşıqlı bir həyatımız var. Oğlanlarımla müdhiş birliyimiz var. Bizim nağıllarımız, qanunlarımız, bəzən küskünlüklərimiz, tez də barışıqlarımız və uzun-uzun qucaqlaşmalarımız var. Sonsuz ilahi bir eşq.

“MUSTAFANIN NƏFƏSİ BELƏ BƏSİMDİR”

-“Neçə övladınız var” sualına Atlas və əkizlərim cavabını verirsiniz?

-Əsla. Düzgün qaydanı öyrəndim. 3 oğlum var deyirəm.

-Yəqin əkizlərə eyni paltar da geyindirmirsiniz.

-Əkizlərimə heç vaxt eyni paltar geyindirməmişəm. Onların adları kimi xarakterləri də fərqlidir. Əkiz deməyə min şahid lazımdır.

-“Atasız övlad böyütmək çətindir” deyirlər. Sizin fikriniz necədir?

-Övladlarımın atası əlindən gələni edir. Allah övladlarımın başından atalarını əskik etməsin. Mustafanın varlığı və nəfəsi bəs edər uşaqlarıma.

-Axırıncı dəfə nə vaxt hönkür-hönkür ağlamısınız?

-Urfada bağçanın tualetində gizli-gizli ağladım.

-Bəs nə vaxt qəhqəhə ilə gülmüsünüz?

-“Eyvah-eyvah” filmini izləyərkən.

- Səhnədə ölmək istəyənlərdənsiniz?

-Əsla (gülür). Görək həyat bizə nə göstərəcək. Əvvəlcədən plan qurmağı çoxdan tərgitmişəm. Musiqi hər zaman həyatımda olacaq, amma səhnə üçün bunu deyə bilmərəm.

-Yenidən ailə həyatı qurmağı düşünürsinizmü?

-Heç vaxt ailə həyatına qarşı olmamışam. Amma gərək ilk öncə özüm sevəm. Bəzən ümidimi itirirəm. Fərqindəyəm, həyatım çox çətindir. 3 övladım var, amma iddialı danışmaq istəmirəm. Uzun müddətdir heç bir münasibətim yoxdur. Eşqə düşməmiş danışmaq asandır. Ona görə də nə desəm, əhəmiyyəti yoxdur.

Dəniz ƏLİYEVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm