Tabloid.az
Sənətçilərimiz Almaniyaya getdi – FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri Almaniyada keçirilən Qut-İmmlinq opera sənəti festivalında iştirak edir.
Teatrdan Publika.az-a verilən məlumata görə,
orkestr Avropanın mötəbər mədəniyyət tədbirlərindən olan bu
festivala artıq yeddinci dəfə qatılır. Bavariyanın səfalı
guşələrindən olan Qut-İmmlinqdə təşkil olunan ənənəvi festivala bu
il ABŞ, Çin, Yaponiya, Türkiyə də daxil olmaqla ümumilikdə 38
ölkədən musiqiçilər dəvət alıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidmətindən verilən xəbərə görə, Opera və Balet Teatrının orkestri
avqustun 10-da festivalın qala-konsertində çıxış edəcək.
Qala-konsertdə Avropa bəstəkarları ilə yanaşı, Azərbaycanın ölməz bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də ifa olunacaq.
Kollektivi festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk və Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.
Cəvahir Səlimqızı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ