Tabloid.az
Ərdoğan evliliyi haqqında danışdı
Türkiyəli müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı
Mustafa Ərdoğan verdiyi yeni müsahibə zamanı sənətçi ilə olan
evliliyi haqqında danışıb.
ANS PRESS-in məlumatına görə, "Anadolu Atəşi" rəqs qrupunun rəhbəri
olan Mustafa adını çəkməsə də, açıq söhbət etməsə də onun Gülbən
haqqında danışdığı məlum olub.
M. Ərdoğan eşq məsələlərində geridə qaldığını etiraf edib: "Sevgi
artıq mənlik deyil. Məhəbbətə inamım tükənib. Hər zaman kiməsə
həddindən artıq güvəndiyim üçün peşman olmuşam. Sonuncu təcrübəm də
bunu mənə sübut etdi. O, məni yerlə-yeksan elədi".
M.Ərdoğan "Yenidən ailə qurmağı düşünürsünüzmü" sualına isə "Əsla!"
cavabını verib.
Qeyd edək ki, Mustafa Ərdoğandan 2012-ci ildə boşanan və
telejurnalist Ərhan Çeliklə ailə qurmağa hazırlaşan Gülbən Ərgən
keçmiş həyat yoldaşına "Bir atanın uşaqlarına verə biləcəyi ən
böyük hədiyyə onların analarını sevməkdir" şəklində sitəm etmişdi.
G.Ərgənin əvvəlki nikahından üç oğlu var.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ